|
Türkiyə çərkəzləri
Rusiyadan sürgün edilmə tarixini yad ediblər

Qafqaz Dərnəkləri Federasiyasının sədri
Cihan Candemir keçirilən mərasimdə bu sürgünün dünyanın ən
faciəli sürgünü olduğunu deyib
Türkiyədə yaşayan çərkəzlər 143 il əvvəl
Rusiyadan sürgün edilərkən yolda ölən soydaşlarının
xatirəsini qeyd etmək üçün mərasim keçiriblər. Mərasim
Kocaeli şəhərinin Kandıra qəsəbəsində keçirilib. Qafqaz
Dərnəkləri Federasiyasının sədri Cihan Candemir keçirilən
mərasimdə çıxış edib. “21 may 1864-cü ildə Rus-Qafqaz
müharibəsi başa çatdıqdan sonra dünya tarixinin ən faciəli
sürgünü yaşanıb. Rusiya çərkəzləri dünyanın müxtəlif
ölkələrinə sürgün edilib və sürgün vaxtı çoxlu çərkəz ölüb”,–
deyə Cihan Candemir çıxışında bildirib. Çıxışdan sonra
Qafqaz dərnəyi Kocaeli şöbəsinin sürgün vaxtı ölənlərin
xatirəsinə tikdiyi abidənin açılışı olub. Müxtəlif
şəhərlərdən mərasimdə iştrak edən çərkəzlər dənizə qara
çələng və qərənfillər atıb. /ANS-PRESS/
© 2007 Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|